Günəşdə ilk dəfə “düşən ulduzlar” görüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropalı astronomlar Günəş atmosferində əvvəllər təsvir olunmayan bir hadisəni müşahidə ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Britaniya Kral Astronomiya Cəmiyyətinin (RAS) Mətbuat Xidməti məlumat yayıb.
Tədqiqatçılar bunu Yer atmosferində meteoroidlərin yanması zamanı gördüyümüz ulduzlarla müqayisə edirlər. Günəşdə belə alovların görünüşü ulduzun səthinə plazma hissələrinin düşməsi - tac yağışı ilə əlaqələndirilir.
Yeni kəşf "Solar Orbiter" aparatının köməyilə mümkün olub. Elm adamlarının sözlərinə görə, cihaz tacın daxilindəki incə prosesləri, o cümlədən tac yağışının təsirini çəkmək üçün Günəşə kifayət qədər yaxındır.
Qeyd olunur ki, tac yağışının müşahidəsi Günəşin fizikasını araşdırmaq üçün böyük bir addımdır ki, bu da günəşin əsas sirlərini, məsələn, onun bir neçə milyon dərəcəyə qədər qızmasının detallarını öyrənməyə kömək edəcək.
Xatırladaq ki, Günəş atmosferinin xarici təbəqəsi olan tacın yüksək temperaturu hələ də ulduzun əsas sirlərindən biridir. Alimlər hələ də Günəşin səthindəki (fotosferdə) 5,8 min kelvin temperaturun onun tacında bir milyon və ya daha çox kelvinə qədər artmasına nəyin kömək etdiyi sualına cavab axtarırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Baş nazir vacib qərar imzaladı
-
Nobel Sülh mükafatının qalibi açıqlandı - (Foto)
-
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
-
Sabah Bakıda intensiv yağış yağacaq
-
İkardi rəsmən boşandı
-
Kliçko Kiyevi tərk etməyi məsləhət gördü
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Xuraman Əlizadə: “Qohumlarım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)
-
"Neftçi" "Sabah"a qarşı
-
Azərbaycan dondurma istehsalı artıb
-
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk
-
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - (Foto)
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı - (Foto)
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı





