Dünya

Rusiya dronlarla Kiyevə hücum edib

2 İyul 2023 08:18
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 2-nə keçən gecə Rusiya ordusu "Şahed" tipli kamikadze dronları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının başçısı məlumat yayıb.

Məlumata görə, düşmənin bütün hədəfləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Administrasiyanın rəhbəri Sergey Popko qeyd edib ki, bu, son 12 gündə paytaxta ilk hücumdur.

"Hava Hücumundan Müdafiəmizin qüvvə və vasitələri ilə Kiyev ətrafındakı hava məkanında bütün düşmən hədəfləri aşkar edilərək məhv edilib. Əla iş üçün səmamızın mühafizəçilərinə təşəkkür edirik!

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur", - Popko bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.