Dünya

Kadırovdan şok: Priqojin qızına görə üsyan etdi

25 İyun 2023 15:36
Baxış: 3 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner" üsyanı barədə danışıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, o, əvvəllər Y.Priqojinə inandığını bildirib.

"Mən düşünürdüm, bəzi insanlara inanmaq olar ki, onlar vətəni ürəkdən sevirlər. Sən demə, şəxsi ambisiyalar və mənafe naminə insanlar vətən sevgisinə məhəl qoymaya bilirmişlər.

Mən Priqojinlə danışdım, onu biznes ambisiyalarını kənara qoymağa razı saldım, düşündüm ki, o məni eşidər. Ancaq görünür, bu onun içində bütün müddət ərzində böyüyüb. Sahibkarlıqda uğursuz müqavilələr zənciri biznesmendə inciklik yaratdı. Bu inciklik Sankt-Peterburq rəhbərliyi onun qızına arzuladığı torpaq sahəsini təmin etməyəndə pik həddə çatdı", - R.Kadırov qeyd edib.

O, həmçinin, bütün vaqnerçiləri yaxşı düşünməyə çağırıb:

"İndi hər şey sülhlə qurtardı, qan axmadan, ancaq bunlar baş verə də bilərdi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.