Dünya

Generaldan "Vaqner"ə: Bu, Putinə vurulan zərbədir

24 İyun 2023 09:07
Baxış: 2 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Silahlı Qüvvələrin imicinə bundan böyük zərbə barədə düşünmək mümkün deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya SQ Baş Qərargahının müavini, general-leytenantı Vladimir Alekseyev "Vaqner"ə müraciətində deyib.

"Niyyətin nə olursa olsun, bu, ölkənin və prezidentin kürəyinə vurulan zərbədir. Silahlı Qüvvələrin ali komandanlığını təyin etmək hüququ yalnız prezidentin səlahiyyətindədir və siz onun səlahiyyətinə əl atmağa çalışırsınız. Bu, dövlət çevrilişidir. Fikrinizi dəyişmənizi xahiş edirəm, indi bunu etməyə ehtiyac yoxdur. Çünki indi Rusiyanın və onun ordusunun imicinə bundan böyük zərbə barədə düşünmək mümkün deyil", - general-leytenant vurğulayıb.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. "Vaqner" düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin "hərbi çevriliş elan edib" və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.