Dünya

Neymar hamilə sevgilisinə xəyanət etdi - FOTO

22 İyun 2023 19:34
Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli futbolçu Neymar ikinci dəfə hamilə olan sevgilisi Bruna Biancardiyə xəyanət edib.  

Milli.Az olay.az-a istinadən bildirir ki,  bu barədə o, 210 milyon izləyicisi olan instaqram hesabında paylaşım edib. Braziliyalı futbolçu nişanlısından üzr istəyərək bunları yazıb:

"Səhv edirəm və bu mənasız hadisəyə görə artıq üzr istəmişəm. Amma bunu hamının gözü qarşısında bir dəfə etmək istəyirəm. Əgər şəxsi məsələ ictimaiyyət qarşısında yaşanırsa, üzrxahlıq da açıq olmalıdır.

Mən özümü sənsiz təsəvvür edə bilmirəm. Mənim sənə ehtiyacım var. Bütün bunlar olarkən sənin nə qədər əzab çəkdiyini, yanımda olmanı nə qədər çox istədiyimi gördüm. Səhvlərimi və şəxsi həyatımı düzəldəcəm. Körpəmizə olan sevgimiz qalib gələcək və bu, bizi gücləndirəcək".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.