Dünya şöhrətli futbolçu Neymar ikinci dəfə hamilə olan sevgilisi Bruna Biancardiyə xəyanət edib.
Milli.Az olay.az-a istinadən bildirir ki, bu barədə o, 210 milyon izləyicisi olan instaqram hesabında paylaşım edib. Braziliyalı futbolçu nişanlısından üzr istəyərək bunları yazıb:
"Səhv edirəm və bu mənasız hadisəyə görə artıq üzr istəmişəm. Amma bunu hamının gözü qarşısında bir dəfə etmək istəyirəm. Əgər şəxsi məsələ ictimaiyyət qarşısında yaşanırsa, üzrxahlıq da açıq olmalıdır.
Mən özümü sənsiz təsəvvür edə bilmirəm. Mənim sənə ehtiyacım var. Bütün bunlar olarkən sənin nə qədər əzab çəkdiyini, yanımda olmanı nə qədər çox istədiyimi gördüm. Səhvlərimi və şəxsi həyatımı düzəldəcəm. Körpəmizə olan sevgimiz qalib gələcək və bu, bizi gücləndirəcək".
Milli.Az