Dünya

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

17 İyun 2023 10:27
Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini keçib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin dərc olunmuş məlumatları sübut edir.

"Ümumi ödənilməmiş dövlət borcu 32 trilyon 39 milyard 244 milyon dollardır", - məlumatda deyilir.

ABŞ-ın dövlət borcunun əvvəlki səviyyəsi 31,95 trilyon dollar səviyyəsində qiymətləndirilir.

2022-ci ilin sonunda ölkənin dövlət borcu rekord həddə - 31,42 trilyon dollara çatıb. İkinci yeri 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yeri isə 3,75 trilyon dollarla Çin tutub.

Bundan əvvəl "The Economist" ABŞ hökumətinin borcunu qlobal iqtisadiyyat üçün təhlükə adlandırıb. Məqalədə qeyd edilir ki, defolt dünyanın ən mühüm maliyyə sisteminə inamı sarsıdacaq, büdcənin ciddi şəkildə kəsilməsi isə dərin resessiyaya səbəb olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.