Dünya

“Yəhudi dostlarım Zelenskidən utanır”

17 İyun 2023 08:49
Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yəhudi dostlarım Zelenskidən utanır".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, Ukrayna prezidenti Volodimir Zelenskini nasistlərlə hərəkət etməkdə ittiham edib:

"Qərblilərin çıxışlarından belə nəticəyə gəlirəm ki, onlar nasistlərin tərəfindədirlər. Çoxlu yəhudi dostum var. Ancaq dostlarım Zelenskidən utandıqlarını deyirlər. Onu "Ukraynalıların üz qarası" adlandırırlar. Zelenski nasistlərlə birgə hərəkət edir. Bir çox mülki vətəndaş banderaçılar tərəfindən qətlə yetirilib. Banderaçılar tərəfindən 1939-cu ildə yazılmış məktubda deyilir ki, "Moskva və yəhudilər Ukraynanın ən böyük düşmənləridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.