Dünya

Çindən yeni rekord - Eyni raketlə 41 peyk...

15 İyun 2023 22:24
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin "Böyük yürüş-2D" ("Long March-2D") daşıyıcı raketi ilə orbitə 41 peyk çıxarıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyuan kosmodromunda yerli vaxtla saat 13:30-da baş tutub. Bu, Çinin eyni daşıyıcı raketlə orbitə ən çox peyk çıxarmasıdır. Bundan əvvəlki rekord iyunun 7-də "Licien-1" raketi ilə orbitə 26 peykin çıxarılması olub.

"Böyük yürüş-2D" raketinin orbitə çıxardığı peyklər torpaq ehtiyatlarının, mineral resursların və "ağıllı şəhər" layihələri üzrə məlumatların məsafədən zondlanması üçün istifadə olunacaq. Orbitə çıxarılmış obyektlərdən 36-sı "Cilin-1" seriyasındadır. Bununla orbitdəki "Cilin-1" peyklərinin sayı 108-ə yüksəlib.

Qeyd edək ki, bu, "Böyük yürüş" seriyasından 476-cı raket buraxılışı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.