Dünya

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

6 İyun 2023 19:48
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Finlandiya hökumət kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu gün ölkə prezidentinin iştirakı ilə xarici işlər və təhlükəsizlik məsələləri üzrə komitənin iclası olub.

İclasda Rusiyanın Ukraynadakı müharibəsi və Avropa regionundakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.

"Bundan əlavə, görüşdə Finlandiyadakı Rusiya səfirliyində çalışan, kəşfiyyat vəzifələrində işləmiş 9 nəfərin deportasiya olunması razılaşdırılıb. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandırır", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.