Dünya

Öz iqamətgahında öldürülən prezidentin sui-qəsdçilərindən birinə hökm oxundu - FOTO

6 İyun 2023 21:20
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin iyulunda Haiti Prezidenti Jovenel Moizin öldürülməsində iştirak edən Haiti və Çili vətəndaşı Rodolf Jaar ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Jaar mart ayında Mayami (Florida) məhkəməsində Moizi oğurlamaq və öldürmək üçün sui-qəsdçilərə maddi dəstək verməkdə günahını etiraf edib. O, cinayətkar dəstənin tərkibində olan Kolumbiya vətəndaşlarını silah, yemək və mənzillə təmin edib.

Jaar istintaqla razılığa gedib və səlahiyyətlilərə ABŞ-də həbsdə olan daha 10 müttəhimin mühakimə olunmasına kömək edəcək məlumatları təqdim edib. Lakin məhkəmə hesab edib ki, bu yolla o, Haiti rəhbərinin qətlində əli olduğunu təsdiqləyib.

Hazırda ABŞ-də Moizin qətlinin təşkilində ittiham olunan 11 nəfər həbsdədir. Ümumiyyətlə, qətlə görə 40-dan çox adam həbs edilib.

Xatırladaq ki, prezident Moiz 2021-ci ilin iyulun 7-nə keçən gecə  yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində öldürülüb, həyat yoldaşı yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.