Dünya

Kanadada meşə yanğınlarının sahəsi genişlənir

6 İyun 2023 08:44
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Ottavanın səması şəhərdən 150 km qərbədək, eləcə də qonşu Kvebek əyaləti meşə yanğınlarına görə tüstü ilə örtülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kanadanın Milli Hava Bürosunun bazar ertəsi Ottavada havanın vəziyyəti ilə bağlı yaydığı məlumata görə, çirklənmə səviyyəsi 10 ballıq şkala üzrə 5 bal olaraq qiymətləndirilir. Bu, "orta çirklənmə"yə uyğundur.

Mütəxəssislərin proqnozuna görə, çirklənmə çərşənbə axşamı gecəsi 7 bala qədər yüksələ bilər.

Ölkədə 26 min nəfər təxliyə edilib, 413 meşə yanğını qeydə alınıb, onlardan 249-da xilasedicilər hələ də alovun yayılmasının qarşısını ala bilməyib. Yanğınların ümumi sahəsi hələ müəyyən edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.