Dünya

Bu Avropa ölkəsi Ukrayna siyasətini dəyişə bilər

3 İyun 2023 19:53
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiyada qarşıdan gələn parlament seçkilərində müxalifət partiyaları hakimiyyətə gələrsə, Ukraynaya dəstəyi zəiflədə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Slovakiya Pezidenti Zuzana Çaputova deyib.

"Əgər bu payızda hökumətə populist partiyalar rəhbərlik edərsə, Bratislavanın xarici siyasəti Macarıstanın Baş naziri Viktor Orbanın yürütdüyü siyasətə bənzəyəcək. Slovakiya Macarıstanı izləyə və Avropa Birliyinin çətin "övladı" ola bilər", - o bildirib.

Çaputova Slovakiyanın Ukraynanın güclü müttəfiqi olduğunu vurğulayıb. Lakin onun fikrincə, yeni hökumət bu məsələdə fikrini dəyişə bilər, çünki Rusiyanın təsiri bütün Avropaya yayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.