Dünya

Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib

28 May 2023 11:11
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna hərbçiləri bu gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 "Şahid"i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

"2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan - Bryansk vilayətindən (RF), cənubdan - Krasnodar vilayətindən (RF) İranın "Şahid-136/131" pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, ötən gecə Ukrayna üzərinə rekord sayda kamikadze dronu buraxılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.