Dünya

Rusiyanın Britaniyadakı səfiri Qərbi sülhə çağırır

28 May 2023 10:46
Baxış: 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin ölkəsinin sülhə hazır olduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.

O, hələ ciddi şəkildə işə başlanılmadığını bildirib.

Səfir Qərbin dünyanı eskalasiyaya apardığını bildirib.

"Hər şey NATO ölkələrinin, xüsusən də Böyük Britaniyanın göstərdiyi səylərdən asılıdır... Təbii ki, bu eskalasiya bizə lazım olmayan və istəmədiyimiz yeni ölçü ala bilər. Sabah barışa bilərik", - deyə Kelin bildirib.

O xatırladıb ki, Rusiya imkanlarına və resurslara görə Ukraynadan üstündür.

Kelin bu fərqi böyük adlandırıb və əlavə edib ki, Rusiya hələ də münaqişəyə ciddi şəkildə başlamayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.