Dünya

Son 50 ildə təbii fəlakətlər 2 milyondan çox insanın ölümünə səbəb olub

23 May 2023 18:48
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı fəlakətlər səbəbindən 2 milyondan çox insanın həyatını itirdiyini və 4,3 trilyon dollarlıq iqtisadi itkilərin yaşandığını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hesabata görə, 1970-2021-ci illər arasında 11 778 təbii fəlakət baş verib.

Təbii fəlakətlər səbəbindən iqtisadi itkilər artsa da, qabaqcıl erkən xəbərdarlıq sistemləri və koordinasiyalı idarəetmə son 50 ildə insan itkisini azaldıb.

Dünyada ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib. Təkcə Birləşmiş Ştatlar son 51 ildə 1,7 trilyon dollar itkilər verib ki, bu da dünya üzrə iqtisadi itkilərin 39 faizini təşkil edir.

2020-2021-ci illərdə ekstremal təbii hadisələr nəticəsində ümumilikdə 22 608 ölüm qeydə alınıb.

Qeyd olunub ki, iqtisadi itkiləri artıran təbiət hadisələrinin bir çoxu "fırtına" kateqoriyasına aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.