Dünya

“Ərdoğan millətimizin ürəyindəki namizəddir” - Baxçalı

20 May 2023 21:42
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ərdoğan millətimizin ürəyindəki namizəddir".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Adıyamanda çıxışı zamanı deyib.

"28 maydakı seçkidə iki namizəd var, amma millətimizin ürəyindəki namizəd Ərdoğandır. İndiyə qədər edilən xidmətlərin davam etdirilməsi üçün 28 may seçkiləri daha çox əhəmiyyət kəsb edir. 6 fevral zəlzələləri tarixə heç bir ölkədə görülməmiş bir fəlakət kimi yazılıb. Burada ölkəmizin 50 mindən çox övladı şəhid olub. Onlara Allahdan rəhmət diləyirəm. Cəmiyyət olaraq çox düşünüb əhəmiyyətli bir qərar verə biləcək vəziyyətdə olmalıyıq", - deyə Baxçalı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.