Dünya

Avropa rus qazının tədarükünə tam qadağa qoyur

14 May 2023 17:31
Baxış: 687
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri vasitəsilə qazın ixracının bərpasının qarşısını almalıdır.

Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə Ukraynaya genişmiqyaslı müharibədən sonra faktiki olaraq kəsilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.