Dünya

Rusların böyük səhvi: Zalujnı açıqladı

14 May 2023 13:51
Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zmeynı (İlan) adası Ukrayna sərhədlərinin qorunmasında strateji əhəmiyyət kəsb etmirdi, ona görə ruslar oraya raketlər yerləşdirməklə böyük səhv etdilər.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

O, həmçinin rusların adada yerləşdirdiyi raketdən müdafiə sistemlərinin Ukrayna raketlərinin işini xeyli əngəllədiyini bildirib:

"Onlar düşünürdülər ki, adada hərbi qarnizon yaradacaq və orada mövcudluğunu saxlayacaq. Nə qədər mövcud olduğu da məlum oldu. Düşmənin orada olmaması bizim əsas vəzifəmiz idi".

Xatırladaq ki, İlan adası 22 fevral 2022-ci ildə Rusiya SQ-nin hücumları nəticəsində işğal edilmişdi. Ukrayna tərəfinin ardıcıl zərbələrindən sonra isə Rusiya ordusu 30 iyunda adanı tərk edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.