Dünya

İmran Xan azadlığa buraxıldı

12 May 2023 14:40
Baxış: 1 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın keçmiş Baş naziri İmran Xan azadlığa buraxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onun girov qarşılığında 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.