Dünya

“Moskva ölmüş hərbçilərinə sahib çıxmır” - Reznikov

6 May 2023 07:46
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda Moskva ölmüş hərbçilərinə sahib çıxmayıb".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

"2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda artıq 3 000 civarında ölmüş rusiyalı var idi. Nümayəndə heyətinə  deyirəm ki, əhalinin çıxarılması məsələsində anlaşdıq, bəs sizin ölənlərinizin meyitlərini nə edəcəyik? Nümayəndə heyətinin rəhbəri (Rusiya) müdafiə nazirinin müavininə üz tutur, o isə deyir ki, "Təsdiq etmirik, 10, 20, ya da 30 ölü var". Mən də deyirəm ki, siz təsdiq etməsəniz də, üç mindir", - deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory