Dünya

Toy günü FACİƏ: Gəlin qəzada öldü

3 May 2023 23:33
Baxış: 2 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Şimali Karolina ştatının Folli-Biç şəhərində gəlin sərxoş sürücü ilə qəzaya düşüb və toy günü dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 25 yaşlı Ceymi Komorski avtomobilini yeni evlənən Arik və Samanta Hatçinsonları daşıyan qolf arabasına çırpıb. Bir neçə saat əvvəl onlar evlənərək çimərlikdə toy ediblər.

Hadisə nəticəsində gəlin yerindəcə keçinib, bəy və daha iki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər çoxlu əməliyyatlar keçirməli və uzun müddət bərpa prosesində olmalıdırlar.

Polis qəzaya səbəb olan Komorskinin sərxoş vəziyyətdə olduğunu və sürət həddini iki dəfədən çox artırdığını bildirib. Həmin şəxs həbs edilib. O, sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur. Ailənin yaxınları Samantanın dəfni və bəyin müalicə xərcləri üçün ianə toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.