Dünya

Jdanovdan şok: Türkiyə Krıma iddia edəcək!

30 Aprel 2023 18:11
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krım rus işğalçılarından azad edildikdən sonra Türkiyə yarımadaya ərazi iddiası irəli sürə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.

"Mən belə bir variantı istisna etmirəm, ola bilər. Türkiyə təkcə silahlanmır, hər halda bu prezidentlə çoxlu imperiya ambisiyaları var. Bəziləri hətta Türkiyənin indiki rəhbərliyinin Osmanlı İmperiyasının yenidən qurulmasının əleyhinə olmayacağını deyir. Əlbəttə, lakin təxminən eyni sərhədlər daxilində. Deməli, bu, mümkündür", - ekspert deyib.

Ekspertin fikrincə, Türkiyə yalnız NATO üzvlüyündən çıxdıqdan sonra bu addımı ata bilər:

"Mən bir dəfə demişdim ki, Krımda qələbəmizdən sonra üç bayrağın dalğalanması təhlükəsi var - Krım tatarı, Türkiyə və Ukrayna bayrağı. Türkiyə çox fəal kömək edir və böyük ehtimalla Krım yarımadasının bərpası və inkişafı üçün investisiyalar üçün müraciət edəcək. Həmçinin yerli əhaliyə dəstək olacaq", - ekspert bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.