Dünya

Ukraynada V və Z simvolları olan avtomobil nömrələri qadağan edildi

30 Aprel 2023 16:11
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hökuməti Rusiyanın genişmiqyaslı işğalı ilə bağlı simvollara malik olan xüsusi avtomobil nömrələrinin sifarişini və istehsalını qadağan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Baş Xidmət Mərkəzindən məlumat verilib.

"İndi qanuna uyğun olaraq, fərdi nömrə nişanında Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsinin simvolizə edən Z və V hərfləri qadağandır. Bu hərflərin ayrı-ayrılıqda, eləcə də "C", "B", "F" əvəzinə kiril əlifbası ilə yazılan sözlərdə işlədilməsinə icazə verilmir", - deyə mərkəzdən izah edilib.

Qərara əsasən, qadağa kommunist totalitar rejiminin, nasional-sosialist totalitar rejimin simvolu olan yazı və təsvirlərə də şamil edilir. Vurğulanır ki, Ukrayna nömrələrində Rusiyanın dövlətin orqanlarının və silahlı qüvvələrinin rəmzləri və emblemləri ola bilməz.

Eyni zamanda, avtomobil nömrələrində "KUZVAS", "ZAPOBEDU", "ZAPRAVDU" kimi yazılar qadağan edildiyi halda "VICTORY", "ZORRO", "PİZZA" kimi yazılara icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.