Dünya

“Dünyanın bir nömrəsi Amerika yox, bu ölkədir” - Lavrov

29 Aprel 2023 22:38
Baxış: 4 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qərbin Rusiyanı təcrid etmək cəhdləri tamamilə iflasa uğrayıb".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Vaşinqtonun və tərəfdaşlarının tarixin gedişatını tərsinə çevirmək, beynəlxalq ictimaiyyəti uydurma "qaydalara əsaslanan nizam"da yaşamağa məcbur etmək cəhdlərinin nəticəsiz qalması qanunauyğun görünür. Təkcə Rusiyanı təcrid etmək istəyən Qərb xəttinin tam uğursuzluğa düçar olduğunu deyə bilərəm. Dünya dövlətlərinin əksəriyyəti keçmiş müstəmləkəçilər üçün "oddan şabalıd çıxarmaq" istəmirlər", - Lavrov bildirib.

Nazir son 30 ildə "Böyük Yeddilik" ölkələrinin dünya iqtisadiyyatında payının ciddi şəkildə azalmasına, inkişaf etməkdə olan bazarlara malik ölkələrin çəkisinin durmadan artmasına diqqət çəkib. Lavrov indi "dünya bazarlarını tənzimləyən birinci iqtisadi güc"ün Çin olduğunu iddia edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.