Dünya

Cadugərlərin yandırıldığı tarixi qala satılır - FOTO

29 Aprel 2023 16:46
Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada qeyri-adi tarixi olan qala satılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 4,9 milyon dollara satışa qoyulan bu qalada cadugərlərin məhkəmələri keçirilir, sonra isə onlar yandırılırdı.

Fort Keyras adlanan qala Yuxarı Alp dağlarında yerləşir. Tikili 1265-ci ildə inşa edilib. 15-16-cı əsrlərdə məhkəmə binası kimi istifadə edilib. Daha sonra İkinci Dünya müharibəsi zamanı ordu üçün istifadə olunub, 1950-ci illərdə isə uşaq düşərgəsinə çevrilib. Hazırda qala muzey olaraq fəaliyyət göstərir və həmçinin də toyların keçirildiyi məkanlardan biridir.

Tikilinin sahəsi təxminən 41,3 min kvadratmetr təşkil edir. Qalanın içərisində 20 yataq otağı və 13 vanna otağı var. Ənənəvi üslubda bəzədilən yataq otaqlarının interyeri hündür pəncərələri ilə fərqlənir, mətbəxdə isə odun sobaları var. Qalanın ərazisində kazarma, çörək sexi, xəstəxana, anbar tikililəri və kilsə var ki, bunlar hazırda ziyarətçilər üçün açıqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.