Dünya

2023-cü ildə dünyada aclığın səviyyəsi proqnozlaşdırılıb

29 Aprel 2023 15:22
Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqə üzrə direktoru Oleq Kobyakov 2023-cü ildə dünyada aclığın hansı səviyyədə olacağını proqnozlaşdırıb.

O, bu il aclığın 27 milyon insanı təhdid etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, ilk növbədə Afrikada qida problemi yaşanacaq, orada aclıq və böhran zonası var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xüsusilə Efiopiya, Somali və Konqo Demokratik Respublikası sakinləri qida çatışmazlığı ilə üzləşəcəklər. Yəmən və Əfqanıstanda kəskin vəziyyət qalmaqdadır.

Kobyakov əlavə edib ki, hazırda dünya struktur qida böhranı içərisindədir.

Bundan əvvəl BMT də ərzaq böhranı səbəbindən dünyada kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.