Dünya

Vardanyanın maşınından tapança və 6,5 min oğurlandı

29 Aprel 2023 07:50
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın İstintaq Komitəsinin keçmiş rəhbəri Mqer Vardanyanın avtomobilindən tapança və içərisində bir neçə min dollar olan çanta oğurlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Shamshyan.com" saytı məlumat yayıb.

İnsidentin SAS spuermarketinin yaxınlığında baş verdiyi bildirilib. Qarətçi avtomobilin qapısını açıb və oğurluğu həyata keçirib.

Vardanyan polisə verdiyi məlumatda avtomobilin salonundan içərisində 8 patronla C 75B tapançası, 2 pasport, silah üçün icazə sənədi, bank kartları, hərbi bilet və təxminən 6,5 min dolların olduğu çantanın oğurlandığını bildirib.

Faktla bağlı cinayət işi başladılıb.

Qeyd edək ki, M.Vardanyan 2021-ci ilin oktyabrında 2022-ci ilin oktyabrına qədər Ermənistan İstintaq Komitəsinin rəhbəri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.