Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu İstanbulda eyni gündə və eyni saatda İstanbulda seçki mitinqi keçirəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Haberler" məlumat yayıb.
Mitinqin mayın 7-də baş tutacağı planlaşdırılır.
Qeyd olunub ki, Ərdoğan keçmiş hava limanının yerindəki "Millət" bağında tərəfdarları qarşısında çıxış etməyi planlaşdırır. Kılıçdaroğlunun isə Maltəpə Orxanqazi parkında mitinq keçirəcəyi gözlənilir.
Milli.Az