Ərdoğanla Kılıçdaroğlu eyni gündə, eyni saatda...

28 Aprel 2023 23:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu İstanbulda eyni gündə və eyni saatda İstanbulda seçki mitinqi keçirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Haberler" məlumat yayıb.

Mitinqin mayın 7-də baş tutacağı planlaşdırılır.

Qeyd olunub ki, Ərdoğan keçmiş hava limanının yerindəki "Millət" bağında tərəfdarları qarşısında çıxış etməyi planlaşdırır. Kılıçdaroğlunun isə Maltəpə Orxanqazi parkında mitinq keçirəcəyi gözlənilir.

Milli.Az