Dünya

Baydenin siyasəti ABŞ-ı yeni Böyük Depressiya ilə təhdid edir - Tramp

28 Aprel 2023 08:43
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Co Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsində ABŞ yeni Böyük Depressiya ilə üzləşə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışında deyib.

D.Tramp qeyd edib ki, 2024-cü il prezident seçkilərində qalib gəlsə, hasilatı artıraraq enerji qiymətlərinin aşağı düşməsinə nail olacaq. "Quyular qazacağımız üçün inflyasiyaya son qoyacağıq", - deyə respublikaçı bildirib.

O iddia edib ki, "enerji qiymətləri düşərsə, digər qiymətlər də düşəcək. "Faiz dərəcəsini aşağı salıb ölkəmizi geri qaytaracağıq. Çünki indi getdiyimiz istiqamətə görə biz depressiya təhlükəsi ilə üz-üzəyik. 1929-cu il kimi depressiyaya doğru gedirik, lakin biz buna imkan verməyəcəyik", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, Böyük Depressiya 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.