Dünya

Fransadan mesaj: “Qərbin istəmədiyi olacaq, Ərdoğan qazanacaq”

27 Aprel 2023 08:19
Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri dünya mediasının əsas müzakirə mövzularından biridir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, "France 24" telekanalının təhlilində bütün dünyanın seçkilərin nəticələrini səbirsizliklə gözlədiyi bildirilir.

"Gələn ay Türkiyədə keçiriləcək prezident seçkiləri Qərb paytaxtlarında və Moskvada maraqla izləniləcək. Analitiklərin fikrincə, Rusiya hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi halda, Qərb üstüörtülü şəkildə onun əsas rəqibi Kamal Kılıçdaroğluna üstünlük verir", - təhlildə vurğulanır.

Amerikalı analitik Cefri Mankoff fransız telekanalına Qərb liderlərinin Prezident Ərdoğanı istəmədiklərini deyib:

"Bir çox Qərb rəsmiləri və liderləri Ərdoğanla münasibətlərdə məyusluq hiss edirlər. Amma Ərdoğan çox nüfuzlu siyasətçidir, ona görə də bütün təşvişə baxmayaraq, yenidən seçilə biləcəyinə dair məntiqli gözlənti var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.