Dünya

Səhvən başqa maşına mindiyi üçün güllələndi

25 Aprel 2023 11:12
Baxış: 1 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də yanacaqdoldurma məntəqəsində təsadüfən başqasının maşınına minən şəxs güllələnərək öldürülüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 26 yaşlı Travon Dannavili yanacaqdoldurma məntəqəsində səhvən başqa maşına minib. Buna görə də o, güllələnib. Mərhumun anası oğlunun başını aşağı salıb telefonda mesaj yazdığını, başı qarışıq olduğu üçün başqasının maşınına mindiyini deyib.

Avtomobilinin oğurlandığını düşünən sürücü gənc oğlana 4 dəfə atəş açıb. Avtomobilin sahibi qəsdən adam öldürmə ittihamı ilə 150 min dollar girov qarşılığında sərbəst buraxılıb. İstintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.