Dünya

İsa peyğəmbərə qovuşmaq üçün ac qalıb öldülər - FOTO

25 Aprel 2023 08:05
Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keniyanın Malindi qəsəbəsində ac qalaraq İsa peyğəmbərlə görüşəcəyi vəd edilən 47 din üzvünün cəsədi tapılıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, cəsədlər "İnternational Good News" kilsəsinin yaxınlığındakı Şakahola meşəsində aşkarlanıb.

Daxili işlər naziri Kithure Kindiki açıqlamasında bütün meşə sahəsinin bağlandığını və cinayət yeri elan edildiyini bildirib.

Kindiki, bu vəhşiliyi törədənlərin ən ağır şəkildə cəzalandırılacağını, bütün kilsələr, məscidlər, məbədlər və sinaqoqlar üçün daha sərt qaydalar tələb ediləcəyini qeyd edib.

Qeyd edək ki, kilsənin keşişi Pol Makkenzi Ntenqe, insanlara ac qalaraq İsa peyğəmbərə qovuşacaqlarını vəd edib.
Aprelin 15-də aclıqdan öldüyü şübhəli bilinən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Ntenqeni saxlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.