Dünya

Yəmənə raket hücumu - biri uşaq olmaqla 3 dinc sakin həlak olub

23 Aprel 2023 18:00
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın dəstəklədiyi husilərin Yəməndə həyata keçirdiyi raket hücumunda biri uşaq olmaqla 3 mülki şəxs həlak olub, 9 mülki şəxs isə yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Yəmənin rəsmi xəbər agentliyi SABA-nın məlumatına görə, husilər Taiz əyalətinin Mavza rayonunun Qəzlə əl-Avaşikə bölgəsindəki mülki yaşayış məntəqəsinə raket zərbəsi endirib.

Hücumda 12 yaşlı Nejva Həsən Becas və Məhəmməd əl-Hubeyşi və qardaşı Meryem əl-Hubeyşi həyatını itirib, 9 mülki şəxs yaralanıb.

Xəbərdə yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və reanimasiya şöbələrində müalicə olunduğu bildirilib.

Husilərdən insidentlə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.