Dünya

Almaniya bu ölkələrdən “Patriot”larını çıxarır

21 Aprel 2023 14:48
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya "Patriot" sistemlərini 2023-cü ilin iyununa qədər Polşadan çıxaracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mediası Federal Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Həmçinin, 2023-cü ilin sonuna qədər "Patriot" sistemlərinin Slovakiyadan da çıxarılacağı bildirilir.

Almaniya MN məsələ ilə bağlı artıq ölkələrin məlumatlandırıldığını qeyd edib.

Xatırladaq ki, raket sistemləri 2023-cü ilin yanvarında ölkə ərazisinə mərmi düşəndən sonra Polşaya təhvil verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.