Dünya

ABŞ bu ölkədəki səfirliyini təxliyə edir

20 Aprel 2023 23:47
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Sudandakı səfirliyini təxliyə edir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Sudanda qarşıdurmaların şiddətlənməsi ilə Xartumdakı səfirliyin mümkün boşaldılmasında xidmət etmək üçün bölgəyə qoşun yeridəcəyini açıqlayıb.

Pentaqonun sözçüsü polkovnik-leytenant Fil Ventura məsələ ilə bağlı açıqlamasında, "Müdafiə Nazirliyi ABŞ-nin Afrika Komandanlığı vasitəsilə Sudandakı vəziyyəti izləyir və müxtəlif gözlənilməz hadisələrə qarşı diqqətlə planlaşdırır. Bu kontekstdə ABŞ səfirliyinin əməkdaşlarının Sudanı təhlükəsiz tərk etməsini təmin etmək üçün lazım gəldikdə tədbir görmək üçün bölgədə əlavə imkanlar yaradılır", - deyib.

Ventura təhlükəsizlik problemlərini əsas gətirərək, mümkün planlaşdırma və yerləşdirmə haqqında ətraflı məlumat verməkdən imtina etdi.

Qeyd olunur ki, ABŞ mediasına danışan bəzi mənbələr ABŞ-nin Cibutiyə qoşun yeritməyi planlaşdırdığını da irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.