Dünya

"Bu, NASA peykinin Yerə düşməsi nəticəsində baş verib" - VİDEO

20 Aprel 2023 07:41
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko ABŞ-nin kosmik peykinin bu şəhərdə qəzaya uğradığını bildirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "strana.ua" nəşri məlumat yayıb.

"Kiyevdə səmada hava obyektinin parıltısı müşahidə olunub. İlkin məlumata görə, bu hadisə NASA-nın kosmik peykinin Yerə düşməsi nəticəsində baş verib".

Popkonun sözlərinə görə, dağıntılar altından itkilərin qarşısını almaq üçün hava hücumu elan edilib, bu isə bölgə üzərində işləməyib.

Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri peykin düşmə ehtimalı ilə bağlı məlumatı hələlik təsdiqləyə bilmir. Bu barədə bölmənin komandanlığının nümayəndəsi Yuri İqnat bildirib.

Qeyd edək ki, aprelin 19-da axşam Kiyev vilayətinin sakinləri hava hücumu xəbərdarlığı elanı ərəfəsində müşahidə olunan səmadakı parıltı barədə məlumat veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.