Dünya

2030-cu ildə avtomobil bazarının yarısı elektromobillər olacaq

18 Aprel 2023 16:58
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də 2030-cu ilə qədər bütün yeni avtomobil satışlarının 50 faizinin elektrikli avtomobillərin təşkil edəcəyi hədəflənir.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

O, ABŞ-nin elektrikli avtomobillərə keçidini dəstəkləmək üçün yeni özəl və dövlət sektoru investisiyaları barədə məlumat verib və bu investisiyaların yerli istehsalı təşviq etmək, təchizat zəncirlərini gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq məqsədilə həyata keçirildiyini bildirib.

Məlumata əsasən, Co Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-də elektrikli avtomobil satışı üç dəfə, elektrikdoldurma məntəqələrinin sayı isə 40 faizdən çox artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.