Dünya

Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış

18 Aprel 2023 08:49
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

G7 ölkələri Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu təsdiq etməyə çağırır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin qəbul edilmiş birgə bəyanatında deyilir.

"Biz beş nüvə dövlətinin 3 yanvar 2022-ci il tarixli nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatını xatırlayırıq və nüvə müharibəsinin qalib gələ bilməyəcəyini və başlamamalı olduğunu bir daha təsdiqləyirik", - sənəddə deyilir.

XİN başçıları Rusiyanı bəyanatda qeyd olunan prinsiplərə söz və əməldə bir daha təsdiqləməyə çağırıblar.

G7 xarici işlər nazirləri həmçinin nüvə sahəsində Rusiyanın mülki məhsullarından imtina etmək planlarını təsdiqləyiblər.

Yeddilik Qrupu (G7) ölkələri Pxenyanın ballistik raketlərin buraxılışını pisləyib və KXDR-in tam nüvəsizləşdirilməsinin həyata keçirilməsinə tərəfdar olublar, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.