Dünya

Şmıqal: “Ukrayna G7 ölkələrindən əlavə 5 milyard dollardan çox yardım alacaq”

16 Aprel 2023 14:11
Baxış: 663
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna G7 ölkələrindən əlavə 5 milyard dollardan çox yardım alacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, xüsusilə Fransa, Almaniya və Böyük Britaniya ilə görüşlərdəki nəticələrə əsasən Ukrayna əlavə yardım paketləri alacaq.

Bundan əlavə, İsveçrə növbəti 6 il ərzində ölkəyə 1,8 milyard frank verəcək.

Danimarka isə 1 milyard avronu doldurmağı planlaşdıran xüsusi fond yaradır.

Yaponiya, Litva, Latviya, İslandiya və Niderland da Ukraynaya əlavə yardım göstərəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.