Dünya

Almaniya atom enerjisindən imtina edir

16 Aprel 2023 13:51
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın cənub-qərbindəki Nekkarvesthaym stansiyasının sonuncu nüvə reaktoru aprelin 15-də şəbəkədən ayrılıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Aşağı Saksoniyadakı "Emsland" və Bavariyadakı "İsar-2" atom elektrik stansiyalarının bağlanması ilə Almaniyada nüvə enerjisindən mərhələli şəkildə imtina prosesi başa çatacaq.

Bu münasibətlə nüvə enerjisinin yüzlərlə əleyhdarlarının "ziyafət" təşkil etdiyi bildirilir.

Nekkarvesthaym AES Almaniyanın ən gənc atom elektrik stansiyası idi. O, 1989-cu ildə işə salınıb və bağlanana qədər təxminən 375 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

Orta illik elektrik enerjisi istehsalı təxminən 11 milyard kilovat-saat olan stansiya Baden-Vürtemberqdə elektrik enerjisinə tələbatın təxminən altıda birini ödəyirdi. Qeyd edək ki, atom elektrik stansiyası dayandırıldıqdan sonra söküləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.