Dünya

Şahzadə Harri atasının tacqoyma mərasiminə tək gələcək

13 Aprel 2023 17:04
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək. Onun həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl isə uşaqları ilə birlikdə ABŞ-də qalacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.

"Bukingem Sarayı Sasseks hersoqunun mayın 6-da Vestminster abbatlığında tacqoyma mərasimində iştirak edəcəyini təsdiqləməkdən məmnundur. Sasseks hersoginyası Şahzadə Arçi və Şahzadə Lilibetlə birlikdə Kaliforniyada qalacaq", - məlumatda deyilir.

Qeyd edək ki, 74 yaşlı III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra, mayın 6-da Londondakı Vestminster abbatlığında 2 min nəfərin iştirakı ilə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.