Moskvanın mərkəzində güclü partlayış səsi eşidilib
Milli.Az bizim.media-ya istinadən bildirir ki, şəhərin Miusskaya meydanında, Rusiya Federasiyası İctimai Palatasının yaxınlığında yerli sakin güclü partlayış səsi eşidib, sonra tüstü görüb.
Partlayış yerində, yaşayış binasından 3 metr aralıda - ön bağda 30 sm. dərinlikdə və 20 sm diametrdə. krater əmələ gəlib.
Ərazi mühasirəyə alınıb, və hadisə yerində təcili yardım xidmətləri işləyir.
Qeyd edilib ki, ilkin ehtimallara görə partlayışa səbəb elektrik kabellərində yaranan qısa qapanma olub.
Milli.Az