Dünya

Tbilisidə müxalifətin mitinqi keçirilir

9 Aprel 2023 20:31
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyası Tbilisinin mərkəzində parlament binası qarşısında aksiya keçirir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, yüzlərlə insan həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyanın təşkilatçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edir.

Parlamentin yaxınlığındakı etirazçılara qanunverici orqanın təxminən bir kilometrliyində yerləşən Rustaveli metro stansiyasından yürüş edən gənclər hərəkatının üzvləri də qoşulub.

Tələblər arasında, həmçinin eks-prezident Mixeil Saakaşvili və "Mtavari arxi" telekanalının baş direktoru Nika Qvaramiyanın həbsdən azad edilməsi də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.