Dünya

Roma Papası xəstəxanadan buraxıldı

1 Aprel 2023 15:36
Baxış: 480

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Roma Papası Fransisk üç günlük müalicədən sonra Romada xəstəxanadan çıxarkən "hələ də sağam" deyə zarafat edib.

Xatırladaq ki, o martın 29-da tənəffüs çətinliyi ilə Gemelli Xəstəxanasına yerləşdirilib və daha sonra Papa Fransiskə bronxit diaqnozu qoyulub.

Vatikan daha əvvəl bildirmişdi ki, pontifikin son test nəticələri buna icazə verərsə,o, şənbə günü xəstəxanadan buraxılacaq.

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics