Dünya

Bayden yenə də şəhərləri qarışdırdı

1 Aprel 2023 07:50
Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden növbəti dəfə çıxışı zamanı çaşqınlığa yol verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Bayden qasırğadan zərər çəkmiş Missisipi ştatını ziyarət edərkən şəhərin adını qarışdırıb.

"Biz diqqətimizi sizin yatmaq və yemək üçün yerinizin olduğundan əmin olmağa yönəltmişik. Biz Rollinq Stounda həyatınızı yenidən qurmağa kömək edəcəyik", - deyə dövlət başçısı zərərçəkənlərə müraciət edib.

Bundan dərhal sonra sakinlər onun səhvinə işarə ediblər.

"Mən nə dedim? Rollinq Fork - mən isə Rollinq Stoun dedim. Düşüncə prosesi gedir", - prezident deyib.

Qeyd edək ki, Bayden dəfələrlə ölkələrin, şəhərlərin, siyasi liderlərin adlarını qarışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.