Dünya

Ağ Ev jurnalistləri də Rusiyanı tərk etməyə çağırıb

1 Aprel 2023 07:12
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bütün amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Onun sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini tərk etməlidirlər.

"Əgər siz Rusiyadasınızsa - iş və ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq - indi tərk etməlisiniz".

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.