Tramp məhkəmədə mühakimə olunacaq - ABŞ tarixində ilk!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nyu-Yorkda keçirilən Manhetten böyük münsiflər heyəti ABŞ-nin sabiq Prezidenti Donald Trampı 2016-cı il seçkiləri ərəfəsində pornoaktrisa Stormi Denielsə 130 min dollar ödəməklə "Trump Organization"nun maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham etmək üçün səs verib. Eyni zamanda Manhetten prokurorları onu 30-dan çox biznes fırıldağında ittiham edirlər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ABŞ tarixində ilk dəfədir ki, keçmiş Prezidentə qarşı cinayət işi başlanılmış olacaq və o, məhkəmədə rəsmən mühakimə olunan ilk eks-Prezident olacaq.
İddiaya görə, sözügedən məbləği Denielsə Trampın vəkili Maykl Koen çatdırıb. 76 yaşlı siyasətçi həmin ödənişin guya "siyasi kampaniyaya xərcləmə" kimi qələmə verilməsində ittiham olunur ki, bu da saxtakarlıq kimi qiymətləndirilə bilər. Eks-prezidentin özü həm Denielslə əlaqəni, həm də onun aldığı ödənişlə bağlılığını inkar edib. Tramp öz sosial şəbəkə hesabında ona qarşı ittihamı "siyasi təqib və seçkilərə ən yüksək səviyyədə müdaxilə" kimi dəyərləndirib: "Bu, tarixdə ən yüksək səviyyədə siyasi təqib və seçkiyə müdaxilədir".
Bundan əlavə, Tramp Manhetten prokuroru Elvin Braqqanı Nyu-Yorkda törədilən cinayətlərlə mübarizə aparmaq əvəzinə ABŞ-ın hazırkı Prezidenti Co Bayden üçün "çirkli iş görməkdə" də ittiham edib.
Fotoda Stormi Deniels
44 yaşlı Stormi Deniels (əsl adı Stefani Klifford) 2006-cı ildə Trampla seksual əlaqəyə girdiyinə görə susması müqabilində 130 min dollar aldığını bildirib. Maykl Koen isə bildirib ki, o, Deniels və başqa bir qadın, keçmiş "Playboy" modeli Karen Makduqal üçün Trampla ödənişləri koordinasiya edib.
Koen 2018-ci ildə kampaniyanın maliyyə pozuntularına görə təqsirli bilinib və bir ildən çox həbsxanada yatıb.
Fotoda Maykl Koen
"CNN" telekanalının xəbərinə görə, Donald Trampın çərşənbə axşamı, yəni aprelin 4-ü məhkəmə qarşısına çıxacağı gözlənilir.
Bildirilir ki, Tramp artıq tərəfdarlarından özünün hüquqi müdafiəsi üçün külli miqdarda pul toplanılmasını istəyib.
D. Trampın müttəfiqləri və respublikaçı həmkarları ittihamı siyasi motivli adlandırıblar. Ağ Ev isə məsələyə şərh verməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





