Dünya

Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərləndi

30 Mart 2023 13:30
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TASS-a Respublika Səhiyyə Nazirliyindən məlumat verilib.

"Oş vilayətinin Kara-Suy rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin Mərkəzi Aparatının nümayəndəsi deyib.

Onun məlumatına görə, zərərçəkmişlərə ilkin diaqnoz qoyulub - zəhərlənmə.   

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi mütəxəssislər tərəfindən müəyyən olunur. Müvafiq analizlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory